Dino Ndlovu Çinə üz tutur?

10:21 - 14 Dekabr 2017

"Qarabağ"ın əsas fiqurlarından hesab edilən Dino Ndlovu Ağdam klubunun heyətində sərgilədiyi oyunla digər klubların diqqət mərkəzindədir.
 
Sportal.az xəbər verir ki, cənubi afrikalı forvardın xidmətində maraqlı olan klublardan daha birinin adı müəyyənləşib. Bu, Çinin "Hançjoy Qrintaun" komandasıdır. 27 yaşlı forvardın "Qarabağ"la müqaviləsi mövsümün sonunda yekunlaşacaq. Çin təmsilçisi Dinonu heyətinə qatmaq üçün Ağdam klubu ilə danışıqları davam etdirir və bu keçid üçün 1 milyon avro ödəməyə hazırdır.

 

Ndlovuya və kluba yaxın olan, amma adı açıqlanmayan mənbə "goal.com"-a məlumatı təsdiq edib: "İki klub arasında danışıqlar davam edir. Dinonun özü də Çində oynamaq istəyir. Bu transfer gəlirli sövdələşmə olacaq".
 
2016-cı ildən "Qarabağ"da top qovan Ndlovu bu mövsüm 25 oyuna 9 qol vurub.

 

Qeyd edək ki, "Hançjoy Qrintaun" Çinin I Divizionunda mübarizə aparır.

Xəbər xətti