19 yaşlı futbolçu ilin ən yaxşısı seçildi

10:38 - 15 Dekabr 2017

ABŞ-da 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubuna forma geyinən Kristian Pulişiç Amerikada ilin ən yaxşı oyunçusu seçilib.

 

19 yaşlı futbolçu bu uğuru ilə həm də yeni rekord müəyyənləşdirib. Belə ki, o, ABŞ-da ilin ən yaxşı futbolçusu seçilən ən gənc futbolçudu. 19 yaşlı Pulişiçdən öncə rekord Lendon Donovana məxsus idi. O, 2003-cü ildə, 21 yaşı olarkən Amerikanın ən yaxşı futbolçusu seçilmişdi.

Xəbər xətti