Bu gün keçiriləcək 2 qarşılaşma ilə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, yarımfinala vəsiqə uğrunda günün ilk matçı "Bayıl Arena"da baş tutub. İlk oyunda "Səbail"ə 1:0 hesabı ilə qalib gələn "Qəbələ" cavab matçında da qalib - 4:2.
"Qəbələ" yarımfinalda "Neftçi" ilə qarşılaşacaq.
Günün ikinci oyunu isə Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası kubokun son qalibi olan "Qarabağ"ı qəbul edib. İlk matçda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlsə də, "Sumqayıt" cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
"Sumqayıt" yarımfinalda "Keşlə" ilə görüşəcək.
5 dekabr (cümə)
16:00.“Səbail” – “Qəbələ” - 2:4
Qollar: Adrian Popoviçi, 16, Elman Taqayev, 78 - Filip Ozobiç, 22, Ruslan Qurbanov, 44, Famussa Kone, 56, Baqali Dabo, 75
İlk oyun: 0:1
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. “Bayıl Arena”
19:00.“Sumqayıt” – “Qarabağ” - 2:0
Qollar: Kamal Mirzəyev, 22, Amil Yunanov, 90
İlk oyun: 1:2
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. “Kapital Bank Arena”
saytlarin hazirlanmasi