“Qarabağ”ın müdafiəçisi, Azərbaycan U-21 və U-20 millisinin baş məşqçisi Rəşad Sadıqov UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində İtaliyanın “Roma” klubunun düşərgəsinə yollanıb.
Sportal.az xəbər verir ki, Ağdam klubunun kapitanı “canavarlar”ın düşərgəsində klubun əfsanəsi, hazırda komandanın idman direktoru vəzifəsində çalışan Françesko Totti ilə bir araya gəlib. Rəşad Sadıqov "Roma"nın baş məşqçisi Eusebio Di Françesko və futbol direktoru, "transfer sehrbazı" ləqəbi ilə tanınan məşhur futbol funksioneri Ramon Monçi ilə də görüşüb.
Qeyd edək ki, Sadıqov sabah "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.
saytlarin hazirlanmasi