"Kəpəz" daha iki legionerini göndərdi

14:52 - 18 Dekabr 2017

Ba Aladji Mansurla yolları ayıran "Kəpəz" daha iki legionerinə qapını göstərib.

 

Sportal.az xəbər verir ki, Gəncə klubu yay transfer dönəmində heyətinə cəlb etdiyi Samba Diallo və Viktor Oseqeyllə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub. Adları çəkilən oyunçular komandanın baş məşqçisi Yunis Hüseynovun planlarına daxil deyil.

 

Qeyd edək ki, "Kəpəz" mövsümün ilk yarısından sonra Premyer Liqanın turnir cədvəlində 7 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti