"Neftçi" iki futbolçusu ilə yolları ayırdı

17:24 - 18 Dekabr 2017

“Neftçi” klubu iki futbolçu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, son 5 ayı icarə əsasında Venesuelanın “Mineros Quayana” klubunda keçirən yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Çexiyanın "Karvina" klubuna məxsus olan və dekabrın 31-i icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə isə uzadılmayacaq. 

Xəbər xətti