"Sumqayıt" "Keşlə"nin futbolçusunu transfer etdi

15:04 - 19 Dekabr 2017

"Sumqayıt" dövrələrarası fasilədə ilk transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi son olaraq "Keşlə"də çıxış edən Elnur Abdullayevi heyətinə qatıb. 31 yaşlı futbolçu "kimyaçılar"la 1,5 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Elnur karyerası ərzində "Keşlə"dən (32 oyun, 2 qol) başqa, "Simurq" (13 oyun, 1 qol), "Xəzər Lənkəran" (114 oyun, 10 qol), "Muğan" (42 oyun, 2 qol), "Bakı" (69 oyun, 3 qol), "Olimpik" (12 oyun), "Neftçi" və "Turan"ın şərəfini qoruyub. O, həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.

Xəbər xətti