Ukraynalı baş məşqçi: "Mənə də "Qəbələ" kimi komanda versələr..."

18:18 - 19 Dekabr 2017

“Qəbələ”nin müdafiəçisi Vitali Vernudubun atası Yuri Vernudub Ukrayna mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, “Zarya” klubunun baş məşqçisi olan Vernidub açıqlamasında Roman Qriqorçuk və "Qəbələ" haqda da danışıb:

 

“Hər bir insan istəyər ki, maddi cəhətdən yaxşı olan yerdə çalışsın. Bu cür şəraiti olan yerdə fəaliyyət göstərə bilərəm Əgər mənə də Roman Qriqorçukun komandası kimi klub versələr, niyə də şansımı sınamayım?! "Qəbələ" çempionatda daim 2-3-cü yerləri tutur, avrokuboklarda iştirak edir. Azərbaycanda “Qarabağ” və “Qəbələ” olduğu kimi, Qazaxıstanda da “Kayrat” və “Astana” klubları var. Hətta "Astana" Avropa Liqasında 1/16 finala yüksəlib. "Astana" əla komadadır və yaxşı futbol sərgiləyir”.

 

Qeyd edək ki, 51 yaşlı çalışdırıcı 2011-ci ildən "Zorya"nın sükanı arxasındadır.

Xəbər xətti