Rusiyanın “Spartak” klubunda çıxış edən azərbaycanlı fubolçu Ayaz Quliyev Azərbaycan millisində oynamağa hazır olduğunu deyib.
Sportal.az xəbər verir ki, millinin baş məşqçisi Qurban Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov bu məsələ ilə bağlı jurnalistlərə açıqlama veriblər:
Qurban Qurbanov: “Hamısına diqqət ayrılır. Ayaz da onların sırasındadı. Nə vaxt görsək ki, milli üçün faydası olacaq, bundan sonra danışıqlara başlayacağıq. Yanvardan sonra bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik”.
Elxan Məmmədov: “Biz xaricdəki azərbaycanlı futbolçularla danışırıq. İki il əvvəl Ayazla görüşmüşdüm. Son qərar onun yox, Qurban Qurbanovun olacaq”.
saytlarin hazirlanmasi