"Kəpəz" "Keşlə"nin futbolçularını transfer etdi

18:10 - 22 Dekabr 2017

Topaz Premyer Liqasında qış fasiləsinə turnir cədvəlinin sonuncusu kimi yollanan "Kəpəz" heyətində ciddi islahatlar aparır.

 

Sportal.az xəbər verir ki, Nizami yurdunu təmsil edən komanda 3 legioneri - Samba Diallo, Viktor Oseqeyl və Ba Aladji Mansuru yola salmışdı. Gəncə klubu heyətinə iki futbolçu cəlb edib. Bunlar "Keşlə"nin futbolçuları - Orxan Sadıqlı və Samir Zərgərovdur.

 

Kamran Ağayevin "Keşlə"yə gəlişi Sadıqlını "Kəpəz"lə müqavilə bağlamasına səbəb olub. Hər iki oyunçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Xəbər xətti