“Neftçi” 2 futbolçu ilə yollarını ayırdı

00:36 - 23 Dekabr 2017

“Neftçi” qış fasiləsində daha bir neçə futbolçu ilə bağlı qərar verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” müdafiəçisi Rahil Məmmədovun "Səbail"ə keçidi ilə bağlı razılığa gəlib. Müdafiəçi gələcəkdə başqa kluba satılarsa transfer gəlirinin 50 faizi "Neftçi"yə çatacaq.

 

Məqsəd İsayevlə isə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Fəhmin Muradbəyli "Səbail"ə, Maksim Vaylo və Təyyar Məmmədov isə "Sabah"a mövsümün sonunadək icarəyə veriliblər.

Xəbər xətti