"Ciddi bir iş varsa, dərhal maraqlanacam və götür-qoy edəcəm. Həqiqətən də iş axtarıram. Ancaq proyektləri məni qane etməli, iddialı layihələri ilə maraqlanmalıyam. Azərbaycanda keçirdiyim 3 ili həyatımın ən xoş anları kimi xatırlayacam".
Sportal.az saytı xəbər verir ki, bu sözləri millimizin sabiq baş məşqçisi Robert Prosineçki söyləyib. Xorvatiyalı çalışdırıcı milli komandamızdan ayrılmasının səbəbini izah edib:
"Bakı kimi gözəl şəhərdə yaşayırdım. Hər şey yaxşı idi. Mənim orada problemim yox idi. Sadəcə irəli gedəcəyimi görmədiyim üçün müqaviləni uzatmadım. Asan iş görərək çox pul qazanmaq mənim təbiətimə uyğun deyil".
Prosineçki millimizin oyunu barədə də söz açıb:
"Barselona" ilə Azərbaycan millisinin eyni oyun nümayiş etdirməsi qeyri-mümkündür. Əlbəttə, bunun üçün səy göstərəcəksiniz. Həyatda bir çox şeylər var ki, bunu heç kim edə bilmir. Baş məşqçinin istəklərinin yerinə yetməsi üçün keyfiyyətli futbolçular lazımdır. Buna görə də ayrılmağım ən düzgün addım idi. Azərbaycanda futbolla bağlı vəziyyəti dəyişmək qeyri-mümkündür".
Qeyd edək ki, Robert Prosineçki millimizi 2014/17-ci illərdə çalışdırıb.
saytlarin hazirlanmasi