Hallidey "Qəbələ"dən ayrılır?

11:11 - 25 Dekabr 2017

Topaz Premyer Liqasında qış fasiləsinə ikinci pillədə yollanan "Qəbələ" heyətində islahatlar aparır.

 

Sportal.az xəbər verir ki, nigeriyalı Ekiqo Ehiosunla yollarını ayıran "qırmızı-qaralar"ın sıralarını daha bir neçə futbolçunun tərk edəcəyi gözlənilir. 

 

Əyalət klubundan ayrılacağı gözlənilən futbolçulardan biri də Endi Hallideydi. Ancaq 26 yaşlı yarımmüdafiəçi komandadan ayrılmayacaq. Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən futbolçunun mövsümün sonuna qədər "Qəbələ"də qalacağı dəqiqləşib. Qlazqo təmsilçisinin baş məşqçisi Qrim Mertin Hallideyin dönməsinə ehtiyac duymayıb.

 

Qeyd edək ki, Hallidey bu mövsüm "qırmızı-qaralar"da 8 oyunda forma geyinib.

Xəbər xətti