"Zirə" Topaz Premyer Liqasında qış fasiləsinə "Qarabağ" və "Qəbələ"dən geri qalaraq 3-cü pillədə yollandı. "Qartallar" artıq 3 futbolçu ilə yolları ayırıb. Bunlar Nixat Qurbanov, Murad Səttarlı və David Manqadır.
Sportal.az saytına açıqlama verən qəsəbə klubunun baş məşqçisi Ayxan Abbasov komandadan ayrılanların əvəzinə yeni futbolçuların transfer ediləcəyini deyib:
"Gələnglər olacaq. Danışıqlar aparırıq. Ayrılanların əvəzinə oyunçu alacağıq".
Abbasov "Keşlə"dən ayrılan Mirsahib Abbasovla maraqlandıqlarını da sözlərinə əlavə edib:
"Bəli, danışıqlar apardığımız futbolçulardan biri də Mirsahib Abbasovdur. O, bizim transfer hədəfimizdədir".
Ayxan Abbasov artıq bir ildir ki, "Zirə"yə baş məşqçilik edir. Gənc çalışdırcı 2017-ci ili uğurlu hesab edib:
"Bu bir ildə baş məşqçi kimi böyük təcrübə əldə etdim. "Zirə" ilə 4-cü yeri tutaraq tariximizdə ilk dəfə Avropa Liqasına vəsiqə qazandıq. Bu da inkişaf üçün böyük addımlar idi. Hər şey normal gedir. Bu ili uğurlu saymaq olar.".
saytlarin hazirlanmasi