“Zirə”də ayrılıq baş verib.
Sportal.az xəbər verir ki, "qartallar" rumıniyalı futbolçusu Qabriel Mateylə yollarını ayırıb. O, Polşanın “Bruk-Bet Termalits” klubu ilə münasibətlərini rəsmiləşdirib. Bu barədə məlumatı Polşa mətbuatı yayıb.
Qeyd edək ki, Matey “Zirə”yə 2017-ci ilin yay transfer pəncərəsində "Qurnik" klubundan transfer olunmuşdu. Son 1 ayda zədəli olan 27 yaşlı müdafiəçi "Zirə"nin heyətində Premyer Liqada 10 oyun (795 dəqiqə) keçirib.
saytlarin hazirlanmasi