"Qarabağ"ın PAOK-dan icarəyə götürdüyü Pedro Enrike mövsümün sonuna kimi Ağdam klubunda qalacaq.
Sportal.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Saloniki təmsilçisinin Pedronu qışda geri qaytaracağı xəbərləri dolaşsa da, bu şayiələr öz təsdiqini tapmayıb. Braziliyalı vinger müqaviləsinin sonuna qədər "Qarabağ"da qalacaq.
Qeyd edək ki, "Qarabağ" 27 yaşlı futbolçunu mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.
saytlarin hazirlanmasi