Kompaninin durumuna aydınlıq gəldi

12:10 - 30 Dekabr 2017

"Mançester Siti"nin zədəli futbolçusu Vensan Kompaninin son durumu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, zədəsinin ağır olduğu bildirilsə də, tibbi müayinədən keçən belçikalı müdafiəçinin durumunun ciddi olmadığı məlum olub.

 

Kompani İngiltərə Premyer Liqasının 20-ci turunda "Nyukasl"la görüşdə (1:0) zədələnmişdi.

 

31 yaşlı müdafiəçi 2008-ci ildən "Mançester Siti"də çıxış edir.

Xəbər xətti