“Zirə” heyətini 4 yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi “Qəbələ”dən Tellur Mütəllimov, “Keşlə”dən Mirsahib Abbasov, “Qarabağ”dan İbrahim Aslanlı və Elşən Abdullayevlə anlaşıb.
Tellur Mütəllimov və İbrahim Aslanlı ilə 2 il yarım, Mirsahib Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1 il yarımlıq müqavilə bağlanılıb. Elşən Abdullayev isə mövsüm sonuna qədər “Zirə”nin formasını geyinəcək.
Xatırladaq ki, "Zirə" qış fasiləsində rumıniyalı müdafiəçi Qabriel Matey, mərkəzi afrikalı yarımmüdafiəçi David Manqa və Murad Səttarlı ilə yollarını ayırıb.