"Qızıl samba" mükafatının sahibi məlum oldu

12:12 - 2 Yanvar 2018

Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya verilən “Qızıl samba” mükafatının sahibi bəlli olub.

 

Sportal.az xəbər verir ki, bu ada PSJ-nin futbolçusu Neymar layiq görülüb. Neymar səslərin 27,71 faizini toplayaraq “Liverpul”un futbolçusu Filipe Koutinyonu geridə qoyub - 16,64 faiz. “Real”ın futbolçusu Marselo 14,43 faiz səslə 3-cü olub.

 

Neymar bu mükafatı 2014, 2015-ci illərdə də qazanmışdı.

Xəbər xətti