Dövrələrarası fasilə zamanı "Sumqayıt" Elnur Abdullayev və Nicat Qurbanovdan sonra növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi "Qəbələ"nin üzvü Ülvi İsgəndərovu icarəyə götürüb. 1997-ci il təvəllüdlü futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Forvard yeni klubunda 70 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Ülvi İsgəndərov cari mövsümdə "Qəbələ"nin əvəzedici komandasının heyətində 13 qol vurmaqla bombardirlik siyahısında ilk pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi