"Kəpəz"dən ayrılan Kərim Diniyevin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını "Səbail"də davam etdirəcək. Dayaq yarımmüdafiəçisi paytaxt təmsilçisi ilə münasibətlərini rəsmiləşdirib. Diniyev gələn mövsümün sonunadək "aslanlar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2015-ci ilin yayından "Kəpəz"də çıxış edirdi. O, karyerası ərzində "Neftçi", "Sumqayıt" və AZAL kimi komandalarda forma geyinib. (Futbol11.az)
saytlarin hazirlanmasi