Topaz Premyer Liqasında çıxış edən “Səbail” I Divizion təmsilçisi “Sabah”la yoxlama görüşü keçirəcək.
Sportal.az xəbər verir ki, qarşılaşma yanvarın 11-də, saat 17:00-da “Bayıl Arena”da baş tutacaq və hər iki komandanın qış fasiləsində ilk yoxlama görüşü olacaq.
“Səbail” 4 gün sonra, ayın 15-də birinci divizionun digər təmsilçisi MOİK-i sınağa çəkəcək. Bu oyun da “Bayıl Arena”da, saat 17:00-da başlayacaq.
Samir Əliyevin yetirmələri yanvarın 18-də isə Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Görüş saat 17:30-da keçiriləcək.
saytlarin hazirlanmasi