Çexiyanın “Slaviya”nın U-21 komandasının baş məşqçisi Pavel Rehak klubun saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, Praqa klubunun gənclərdən ibarət komandasını çalışdıran mütəxəssis heyətdə yer alan azərbaycanlı futbolçu Fərid Nəbiyev barədə də danışıb:
"Bizim heyətimizdə futbolçular çoxdur. Onlardan bir çoxu əcnəbidir. Yeni mühitə öyrəşmək üçün onlara zaman lazımdır. İlin son matçlarında komandamızdan daha razı qaldım. Çünki futbolçular fərdi deyil, komanda oyununa üstünlük verirdilər. Mövsümün əvvəlində gələn futbolçuların əksəriyyəti balkan oyunçulardır. Yalnız Fərid Nəbiyev Azərbaycandan gəlib. O da öz oyununu yaxşı şəkildə ortaya qoyub".
Rehak Nəbiyevin komandada lider futbolçu olacağını vurğulayıb:
"Hazırda çempionatdakı mövqeyimizi qorumaq istəyirik. Əsas məqsədimiz budur. Bəzi oyunçular həm texniki, həm də fiziki cəhətdən inkişaf edir. Andrey Sinteanla Fərid Nəbiyev çox istedadlı futbolçulardır. İnanıram ki, onlar komandanı irəli aparacaqlar və lider oyunçular olacaq. Daniel Stropek də ilin son görüşlərində yaxşı idi. Pavel Buxa və Yan Veyvarı da fərqləndirmək istəyirəm".
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan 18 yaşlı vinger 2017-ci ilin yay transfer pəncərəsində Praqa "Slaviya"sına transfer olub.
saytlarin hazirlanmasi