"Kəpəz" "Mançester Siti"nin sabiq futbolçusuyla bağlı qərar verdi

13:10 - 11 Yanvar 2018

"Kəpəz" baxışda olan futbolçularla bağlı qərar verib.

 

Sportal.az-ın xəbərinə görə, baxışda olan oyunçulardan "Mançester Siti"nin sabiq futbolçusu Aleks Nimeli geri göndərilib. Onunla yanaşı, U-21 millimizin sabiq üzvü Qvanzav Maqomedov da Gəncə təmsilçisinə lazım olmayacaq.

 

Əvəzində "Xəzər Lənkəran"ın sabiq futbolçuları -  yarımmüdafiəçi Elşən Rzazadə və qapıçı Tərlan Qasımzadə "sarı-göylər"lə müqavilə imzalayacaq.

 

Bir zamanlar ölkəmizdə "Xəzər Lənkəran" və "Zirə"də çıxış edən Dieqo Souza da mövsümün ikinci yarısından etibarən "Kəpəz"də oynayacaq.

 

"Sarı-göylər" "Samtredia"nın 25 yaşlı dayaq yarımmüdafiəçisi Giuli Manjqaladzeni də rənglərinə bağlayıb.

 

Yunis Hüseynovun sözlərinə görə, "Kəpəz" ukraynalı qapıçı ilə yanaşı, daha bir neçə transfer də reallaşdırmaq istəyir.

Xəbər xətti