“Keşlə” klubunun baxışa çağırdığı kamerunlu futbolçu Herve Tçami bu gün qəsəbə klubunun "Qaradağ Lökbatan"la yoxlama matçında (3:1) meydana çıxıb.
Sportal.az xəbər verir ki, ötən ilin oktyabr ayında Səudiyyə Ərəsbistanının "Hajer” klubundan ayrıldıqdan sonra klubsuz qalan 30 yaşlı yarımmüdafiəçi jurnalistlərə müsahibə verib:
- Hər şey əladır. Azərbaycan da Türkiyə kimi ölkədir. İnsanlar mehriban, gülərüz və səmimidirlər. İlk günlər mənə çox xoş gəldi. Komandadan razıyam.
- "Keşlə" ilə müqavilə bağlamısan?
- Xeyr, amma danışmışıq. Klubdan razıyam.
- Baş məşqçi sənin performansında razıdır?
- Məni bura baş məşqçimiz Yuri Maksimov dəvət edib. O, məni əvvəlcədən tanıyırdı.
- Azərbaycanda məqsədin nədir?
- Yaxşı oyun göstərmək istəyirəm.
- Son zamanlar klublarını tez-tez dəyişirsən. Komandalarda möhkəmlənməməiuinin səbəbi nədir?
- Xeyr, düşündüyünüz kimi deyil. Yeni yaxşı təkliflər gəlir və mən də düşünürəm. Səbəb budur.
- Artıq çəkin var, yoxsa hazır formadasan?
- Artıq çəkim yoxdu. Hər şey qaydasındadır.
saytlarin hazirlanmasi