Milli komandamızın sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasının "sükanı arxası"nda olan Robert Prosineçki açıqlama verib.
Sportal.az xəbər verir ki, xorvat mütəxəssis klub komandası ilə millidə çalışmağı müqayisə edib:
"Klubla yığma futbolun tamamilə fərqli anlayışlardır. Klubda iş gündəlik fəaliyyət və iştirak tələb edir. Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki, yığmadakı iş klubdakından xeyli fərqlənir. Yarışların təqvimi üzündən, milli komandada itirilmiş şanslar daha baha başa gəlir".
Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2014-2017-ci illərdə milli komandamızı çalışdırıb.
saytlarin hazirlanmasi