I Divizion təmsilçisi “Sabah" klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, "Şaxtyor"un (Donetsk) yetirməsi, Xarkov "Metallist"inin U-19, U-21 komandalarında forma geyinən Vladlen Normaniya mövsümün sonuna kimi “Sabah”la müqavilə imzalayıb.
Qeyd edək ki, 18 yaşlı Azərbaycan əsilli Ukrayna vətəndaşı dayaq yarımmüdafiəçi mövqeyində çıxış edir.
saytlarin hazirlanmasi