UEFA Millətlər Liqasının püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində baş tutan tədbirdə artıq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
D Liqasında yer alan millimiz Farer Adaları, Malta və Kosovo ilə birgə III qrupda mübarizə aparacaq.
D Liqası
I qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra,
II qrup: Belarus, Lüksemburq, Moldova, San-Marino
III qrup: Azərbaycan, Farer Adaları, Malta, Kosovo
IV qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq