Kosovo Futbol Federasiyasının prezidenti: "Qrupu lider kimi başa vurmaq üçün hər şey edəcəyik"

01:19 - 25 Yanvar 2018

"Püşkün nəticəsinə görə xoşbəxtəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokrri deyib. Millətlər Liqasının D liqasında yer alan Kosovo millisinin rəqibləri bəlli olub. Komanda III qrupda Azərbaycan, Malta və Farer adaları ilə mübarizə aparacaq.

 

Federasiya prezidenti püşkü dəyərləndirərkən Azərbaycan yığmasını fərqləndirib:

 

"Qrupumuzdakıl rəqiblər normaldı. Yalnız Azərbaycanı çıxmaq şərti ilə. Azərbaycan dünya çempionatının seçmə mərhələsində çıxış edib və FİFA reytinqində yaxşı pillədədir. Azərbaycanla oyunlar çətin olacaq. Əlbəttə ki, güclü komanda ilə görüşəcəyimiz üçün sevinirik. Biz qrupu lider kimi başa vurmaq üçün hər şey edəcəyik. Çünki biz aşağı pillələr yox, liderlik haqda düşünürük".

 

Vokrri millinin yeni baş məşqçisinin adının fevral ayında müəyyənləşəcəyini vurğulayıb? "Yeni baş məşqçi tapmağa çalışırıq və hesab edirəm ki, fevral ayının ortalarında yekun qərarımızı verəcəyik. Bir çox namizəd var. Millini isveçrəli məqşiyə tapşıra bilərik".

Xəbər xətti