"Səbail" Serbiya klubu ilə bərabərə qaldı

19:09 - 26 Yanvar 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün ikinci yoxlama görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Napredak” klubuyla üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Samir Əliyevin kollektivi ilk yoxlama matçında Ukrayna “Çernomorets”i ilə qolsuz bərabərə qalmışdı.

 

26 yanvar

Yoxlama görüşü

 

“Səbail” – “Napredak” - 1:1

Qol: Vüqar Nadirov

Xəbər xətti