Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Samir Əliyevin komandası Bolqarıstanın “Lokomotiv” klubu ilə qüvvəsini sınayacaq. Yüksək liqada çıxış edən Plovdiv təmsilçisi hazırda 23 xalla 14 komanda arasında 9-cu yerdədir.
Qeyd edək ki, “Səbail” buna qədər Türkiyədə 2 yoxlama görüşü keçirib. Premyer Liqanın debütantı “Çernomorets” (Ukrayna – 0:0) və “Napredak”la (Serbiya – 1:1) heç-heçə edib.
29 yanvar
Yoxlama görüşü
18:00. “Səbail” (Azərbaycan) – “Lokomotiv” (Plovdiv, Bolqarıstan)
saytlarin hazirlanmasi