Moldova millisinin baş məşqçisi Aleksandr Spiridon Antalya toplanışı çərçivəsində yığmamızla keçiriləcək yoxlama oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, mütəxəssis bu görüşü gənc futbolçular üçün yaxşı şans adlandırıb:
“Bu toplanışa xeyli gənc futbolçu cəlb etmişik. Artıq Cənubi Koreya ilə oynadıq. Qarşıda Azərbaycanla görüş durur. Bu oyun meydana az çıxan gənc futbolçular üçün böyük şansdır”.
Qeyd edək ki, millimizin Moldova ilə sabah keçiriləcək oyunu saat 20:00-da başlayacaq. Moldova Antalyada ilk sınaq matçıdna Cənubi Koreyaya 0:1 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi