Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Samir Əliyevin yetirmələri Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşıb. Yüksək liqada çıxış edən "dəmiryolçular" hazırda 23 xalla 14 komanda arasında 9-cu yerdədi. Bu rəqiblə oyunda hesabı bakılılar açıblar. Vüqar Nadirov fərqlənib. Lakin qalan dəqiqələrdə üç qol vuran bolqarlar meydandan əzmkar qələbə ilə ayrılıblar.
“Səbail” buna qədər Antalya toplanışı çərçivəsində Ukraynanın “Çernomorets” (0:0) və Serbiyanın “Napredak” klublarıyla heç-heçə etmişdi.
Yoxlama oyunu
29 yanvar
"Səbail" - Lokomotiv 1:3
saytlarin hazirlanmasi