Bu gün milli komandamız 2018-ci ildə ilk oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, yığmamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Moldova ilə qarşılaşacaq. Bu matç Qurban Qurbanovun millimizin baş məşqçisi kimi debütü olacaq.
"Mardan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan və Moldova milliləri indiyəfək 9 dəfə üz-üzə gəlib. 2 qələbə qazanan və 3 dəfə uduzan millimiz 4 heç-heçə edib.
30 yanvar
Yoldaşlıq oyunu
20:00. Azərbaycan – Moldova - 0:0
“Mardan” stadionu
saytlarin hazirlanmasi