"Sumqayıt" - "Zirə" STATİSTİKA

11:11 - 9 Fevral 2018

Topaz Premyer Liqasının 15-ci turunda “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, “Sumqayıt”ın rəsmi saytı bu rəqiblə qarşılaşmalardakı statistikanı açıqlayıb:

 

1. Komandalar Azərbaycan çempionatlarında 10 dəfə qarşılaşıblar.

2. “Sumqayıt” “Zirə” ilə qarşılaşmalardan 3 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə ayrılıb.

3. Komandalar arasındakı top fərqi 8-12 “Zirə”nin xeyrinədi.

4. Mirabdulla Abbasov “Sumqayıt”ın heyətində “Zirə”yə ən çox qol vuran futbolçudu (2 qol).

5. “Sumqayıt” son 3 ev oyununda “Zirə”yə məğlub olmayıb (2 qələbə, 1 heç-heçə).

 

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması 10 fevral, saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Xəbər xətti