Topaz Premyer Liqasında qış fasiləsi başa çatır.
Sportal.az xəbər verir ki, bu gün 15-ci tura start veriləcək.
Mövsümün ikinci yarısı “Zirə” – “Sumqayıt” oyunu ilə başlayacaq. 3-cü yerin sahibi olan “Zirə” 4-cü pillədə qərarlaşan “Sumqayıt”ı 10 xal qabaqlayır.
Günə turun mərkəzi matçıyla yekun vurulacaq . Lider “Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Aktivində 37 xalı olan Ağdam təmsilçisi ikinci pillədə yer alan “Qəbələ”ni 6 xal qabaqlayır.
Topaz Premyer Liqası
15-ci tur
10 fevral
16:00 "Zirə" - "Sumqayıt" - 1:1
Qollar: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 30
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Saxıyev
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə. İdman kompleksinin stadionu
19:00 "Qarabağ" - Qəbələ - 0:0
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Suraxanı. “Azersun Arena”