Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulacaq.
Sportal.az saytı xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma keçiriləcək.
Günün ilk oyununda "Keşlə" öz meydanında "Səbail"i qəbul edəcək. Yeni baş məşqçi Yuri Maksimovla meydana çıxacaq yenilənmiş "Keşlə" transfer qadağası aradan qalxandan sonra heyətini gücləndirib.
Tura "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq.
11 fevral (bazar)
Topaz Premyer Liqa, 15-ci tur
15:00 Keşlə - Səbail - 1:1
Qollar: Pərdis Fərcad-Azad, 55 - Fəhmin Muradbəyli. 34
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “İnter Arena”
17:30 Neftçi - Kəpəz - 1:0
Qol: Mirabdulla Abbasov, 86
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Bakı. 8-ci km stadionu