"Maraqlıdır, ötən gün keçirilən oyunlarda da bərabərlik qeydə alınmışdı. Bizim görüşdə də "sülh"lə başa çatdı. İlk oyunlar hər zaman gərginliyilə yadda qalır. Bizim qarşılaşma da belə oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Gələn oyunda daha yaxşı çıxış etməyə çalışacağıq".
Sportal.az saytı xəbər verir ki, bu sözləri "Keşlə"nin vingeri Vaqif Cavadov Topaz Premyer Liqasının 15-ci turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib. 28 yaşlı futbolçu oyunlara tam hazır olduğunu deyib:
"Məşqlərimizi edirik. Baş məşqçi qərar verir və hər kəsə diqqət yetirir. Sadəcə, bu gün belə qərar verildi və mən oyuna sonradan daxil oldum. Mən tam hazıram və problem yoxdur. Əsas komandamızın uğur qazanmasıdır".
9 ay 19 günlük fasilədən sonra Azərbaycan Premyer Liqasında oyuna çıxan Vaqif çempionatımız üçün darıxdığını deyib:
"Bəli, darıxmışdım. Hələ oyunlarımız qabaqdadır. İnşallah, yaxşı olacaq".
Oyuna sonradan daxil Cavadov bunun fiziki göstəricisilə əlaqəli olmadığını deyib:
"Xeyr, bunun heç bir aidiyyatı yoxdur".
saytlarin hazirlanmasi