Vüqar Nadirov: "Səbail" aşağı səviyyədə oynayan komanda deyil ki, gəlib 4-5 qol vursunlar"

18:14 - 11 Fevral 2018

"Yeni taktiki sxemlə oynadıq. Normal alındı. Qış fasiləsindən sonra ilk oyun idi. Heç kim risk etmək istəmirdi. Heyfslənirəm ki, o cür şanslar qazandım, amma fərqlənə bilmədim. Gələn oyunlarda alınar".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 15-ci turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. Təcrübəli futbolçu yeni taktikaya öyrəşmək üçün zamana ehtiyac duyduqlarını bildirib:

 

"Təzə oyunçular da gəlib. Uyğunlaşmağa vaxt lazımdı. "Səbail" bir daha göstərdi ki, heç bir rəqibdən aşağı səviyyədə oynayan komanda deyil və gəlib 4-5 qol vursunlar. Çalışacağıq ki, belə davam edək. Bu taktikada Samir müəllimin tapşırıqlarını etməyə çalışırdıq. Yoxlama görüşlərində tətbiq etmişdik. Lakin hazırlıq matçları ilə rəsmi görüşlərin fərqi var. "Keşlə"ni əks-hücumlarda yaxalayırdıq".

Xəbər xətti