Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərar qəbul edilib:
Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Əvəzedici heyətlərin XV turunun “Keşlə” – “Səbail” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
Əvəzedici heyətlərin XV turunun “Zirə” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
saytlarin hazirlanmasi