"Qəbələ" Topaz Premyer Liqasının 16-cı turunda "Zirə" üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyun başa çatan kimi xoşagəlməz hadisə yaşanıb. Rauf Cabbarovun final fitindən sonra "Qəbələ"nin futbolçuları - Cavid Hüseynov, Ruslan Qurbanov və Ürfan Abbasovun rəqibin heyətində çıxış edən Sadio Tounkarayla Riçard Qadze arasında münaqişə yaşanıb.
Münaqişənin böyüməsinin qarşısı digər oyunçular tərəfindən alınıb.