Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Zirə" matçının başlama saatı açıqlanıb.
Sportal.az "Zirə"nin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Bakcell Arena"da keçiriləcək qarşılaşma fevralın 24-ü, saat 18:00-da start götürəcək.
Qeyd edək ki, oyun "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi