Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak klubu "Samsunspor"un heyətində növbəti matçına çıxıb.
Sportal.az saytının məlumatına görə, samsunlular PTT I liqanın XXIII turunda liderlər qrupunda qərarlaşan "Ankaragücü"nü qəbul edib.
Komandalar birinci hissədə vurduqları qarşılıqlı qol sayəsində (1:1) hərəyə 1 xal qazanıblar. Start heyətində meydana çıxan Ufuk 76-cı dəqiqədə Enes İlkinlə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra aktivindəki xalların sayını 28-ə yüksəldən "Samsunspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi