Topaz Premyer Liqasının 17-ci turunda "Qəbələ" səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzdu.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ"la oyundan (0:0) sonra Cavid Hüseynov bildirmişdi ki, istəksiz olduğumuz üçün qalib gəlmədik. Bu proses hələ də davam edir?
- Demək olmaz ki, istəkli deyildik. Matçın əvvəlində ola bilər ki, arxayınlıq var idi.
- Bu nəticəni gözləyirdiniz?
- Əlbəttə ki, xeyr. Bu məğıubiyyəti gözləmirdik. Gərgin olacağını gözləyirdik. "Qarabağ"la oyunlarına baxmışdıq. Həmin oyunda çox yaxşı mübarizə aparmışdılar. Rəqibi təbrik edirəm. Yaxşı oynadılar.
- Bu məğlubiyyətlə "Qarabağ" çempionluq taleyini həll etdimi?
- Mən həmişə demişəm ki, sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyunlar var.
- "Qəbələ"nin ölkə kubokunda daha iddialı olacağını demək olar?
- Hər iki cəbhədə mübarizə aparacağıq. İndidən çempionluq taleyinin həll olduğunu demək olmaz.
saytlarin hazirlanmasi