"Qarabağ"ın futbolçusundan ayrılıq mesajı

14:04 - 25 Fevral 2018

"Hazırda özümü "Qarabağ"la Azərbaycan çempionu olmağa kökləmişəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Enrike “Thestival”a açıqlamasında deyib. Onun sözlərinə görə, gələn mövsüm PAOK-a qayıda bilər: "Əlbəttə, mən PAOK – “Olimpiakos” derbisində oynamaq istəyərəm və mümkündür ki, bunu elə növbəti mövsümdə edim. İndi isə mövsümün bitməsini gözləmək lazımdır". 

 

Qeyd edək ki, Enrike cari mövsümün əvvəlində PAOK-dan "Qarabağ"a icarə əsasında keçib.

Xəbər xətti