Cavid İmamverdiyev: "Kubokla çempionat oyununda fərq qoymuruq" MÜSAHİBƏ

18:45 - 25 Fevral 2018

Topaz Premyer Liqasının 17-ci turunda "Sumqayıt" səfərdə "Keşlə"yə 2:1 hesabıyla qalib gəlib.

Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların yarımmüdafiəçisi Cavid İmamverdiyev jurnalistlərə müsahibə verib.
 
- Sözü açığı, özümüzə bənzəmirdik. İlk hissədə və fasilədən sonra istədiyimiz oyunu sərgiləmədik. İkinci hissənin sonlarında özümüzə gəldik. Ona görə də, “Keşlə” üçün asan oldu. Sona qədər mübarizə apardıq və qalib gəldik. Komanda yoldaşlarımı da təbrik edirəm. “Keşlə”yə də uğurlar arzulayıram. Növbəti oyunları düşünməliyik. Qarşıda bizi “Qarabağ”la matç gözləyir.
 
- İsətdiyiniz kimi oynamadığnızı dediz. Bunun səbəbi “Neftçi”nin xal itirməsi ola bilər? Komandada rahatlıq ola bilər...
- Belə şey ola bilməz, qətiyyən! Heç vaxt öz oyunumuzu başqa komandaya görə analiz etmirik. Biz öz oyunumuz sərgiləyirik. Qələbə arzu edirdik və buna nail olduq.
 
- Qələbə qolunu çılğın şəkildə qeyd etdiniz. Komanda sanki avrokuboklara vəsiqə qazanmışdı…
- Avropa Liqası söhbətinə görə deyildi. Oyunun son anları gedirdi və hesab da bərabər idi. Vurulan qol da belə sevinc yaşatdı. Bizim yerimizə “Keşlə” də olsaydı, belə qeyd edəcəkdi. Hamımız bu ölkənin övladlayırıq. Sevindik ki, belə mübarizə apardıq. Son saniyədə vurulan qol da bizə belə an yaşamağı nəsib etdi.
 
- Artıq “Neftçi”ni 7 xal qabaqlayırsız. Bu, həlledici ola bilər?
- Olsun, fərqi yoxdur. Öz oyunumuza baxırıq. İddialı komandayıq. Nə qədər qabağa getsək, o qədər yaxşıdı. Azərbaycanlı uşaqlarıq. Ona görə də fəxr edirəm.
 
- “Neftçi” ilə həm 4-cü yer uğrunda, həm də ölkə kubokunda mübarizə aparırsız…
- Biz kubokla çempionat oyununda fərq qoymuruq. Öz oyunumuzu sərgiləyirik. Başımızda elə düşüncə yoxdu ki, kubokla çempionat oyununda fərq qoyaq. Bunu Samir müəllim də tapşırıb. Hər iki cəbhədə mübarizə aparacağıq.
 
- Ardıcıl 2-ci qələbəni qazandız. Paltardəyişmə otağında da sevincli idiz. Mükafat vəd verilibmi?
- Mükafat hər oyundan sonra olur. Rəhbərliyə də təşəkkür edirik. Hər şey qaydasındadı. Klub prezidentinin də ad günü idi. Ona görə səs-küy daha da artmışdı.
 
- “Keşlə” ilə kubokun yarımfinalında da oynayacaqsız. Bu qələbə arxayınlıq yaratmayacaq?
- Xeyr. Bizə fərq etmir. Hər matç öz oyunumuzu sərgiləyirik.
 
- Bu gün səndən irəlidə hücumda Ülvi İsgəndərli çıxış edirdi. Anlaşmanız necə idi, alınırdı?
- Ülvi gəncdi, perspektivlidi. Oyununda xoşum gəlir. İnşallah, bizə gələcək matçlarda kömək edəcək.

Xəbər xətti