Bəxtiyar Həsənalızadə: "Yığmaya çağırılmamışamsa, bu, o demək deyil ki, milli karyeram bitib" MÜSAHİBƏ

18:48 - 25 Fevral 2018

“Oyun çox ağır keçdi. Birinci hissədə bir az ağır görsənirdi uşaqlar, lakin ikinci hissədə  toparlanmağa çalışdıq. Düzdür, istədiyimiz kimi alınmasa da oyunumuz, ancaq əsas odur ki, qələbə qazanmağı bacardıq”.


Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənəlizadə jurnalistlərin suallarını cavablandırarkən bildirib:


- Oyun istədiyiniz kimi alınmadı. Komanda yorğun idi?

- Yorğunluq da var. Bunu məşqçi analiz edəcək. Bütün səhvlərin üzərində işləyəcəyik. 

 

- Ən yaxın izləyiciniz “Neftçi” dünən xal itirdi. Bu sizin oyuna nə dərəcədə təsir etdi?

- Fərqi bir qədər də artıqmaq niyyətindəydik. Bizim üçün çox yaxşı fürsət oldu. Bu görüşə də xüsusi motivasiya ilə çıxmışdıq. Oyunumuzdan da görünürüdü ki, qələbə qazanmaq istəyirik. Çox sevinirəm ki, sonda qələbə qazandıq.

 

- Çox istəkli olmağınız sizin oyuna mane olurdu?
- Düzünü desəm, məndə heç bir həyəcan yox idi. Oyundan öncə ola bilər ki, hardasa olsun, lakin matç vaxtı həyəcanlı deyildim. 

 

- Milli komandaya çağılmamaq sənə təsir edir?
- O haqda maksimum dərəcədə fikirləşməyə çalışmıram. Çünki özümü oyunlara kökləmək istəyirəm. Çağırılmamışamsa, bu, o demək deyil ki, milli karyeram bitib. Hər şeyi zaman göstərəcək. Mən isə daha çox çalışmalıyam.

Xəbər xətti