Vinçester - Samir davası: Yunis Hüseynov Zərgərova həqiqətən cəza verib?

16:06 - 27 Fevral 2018

"Kəpəz"in futbolçuları Samir Zərgərovla Şadon Vinçesterin məşqdə əlbəyaxa olmaları bəllidir.

 

Sportal.az saytı məsələnin əsas səbəbi barədə məlumat əldə edib. Məşq zamanı Tural Nərimanovla Vinçester arasında mübahisə yaranıb. Bunu görən Samir Zərgərov hadisəyə müdaxilə edib. O, trinidad və taboqolu hücumçunun üzərinə hücum edib. Onu təpik və yumruq zərbələri ilə vurub. Qalmaqalın əsas səbəbkarı Tural Nərimanov isə davaya qoşulmayıb.

 

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov isə hər iki futbolçunu cəzalandırmaq əvəzinə yalnız Vinçesterə cəza verib. Samir Zərgərov "Qarabağ"la matçda iştirak etsə də, Vinçester bu qarşılaşmanın iştirakçısı olmayıb.

 

Səhvini anlayan Yunis Hüseynov sonradan legioner hücumçunun könlünü almaq üçün hər iki futbolçunu görüşə çağırıb. Vinçesterlə yanaşı Samirə də cəza verdiyini bildirib. Lakin bizdə olan məlumata görə Zərgərova heç bir cəza verilməyib.

Xəbər xətti