FIFA keçən il üçün klubları beynəlxalq transferlərdən ən çox gəlir götürən və xərcə düşən ölkələrin siyahısı açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan ən çox xərc çəkənlərin siyahısında "Top-15"likdə yer alıb.
Azərbaycan klublarının transferlərdən ümumi gəlir və xərcləri arasında 4,7 milyon dollarlıq fərq yaranıb. Ölkəmizin 14-cü pillədə qərarlaşdığı siyahıda 988,1 milyon dollarla İngiltərə birincidi.
Klubları ən çox gəlir gətirən ölkələr siyahısında isə 707,5 milyon dollarla Portuqaliya ilk yeri tutur.
saytlarin hazirlanmasi