Bu gün Topaz Premyer Liqasında 18-ci tura start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Lider "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Günün digər matçı Gəncədə olacaq. Burada autsayder "Kəpəz" debütant "Səbail"i qəbul edəcək.
Qeyd edək ki, turun digər iki görüşü sabah keçiriləcək.
03 mart (şənbə)
15:00 “Kəpəz” – “Səbail” - 2:1
Qollar: Dario Frederiko, 23 (pen.), Tərzin Cahangirov, 49 - Yevgeni Koçuk, 30
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
18:30 “Sumqayıt” – “Qarabağ” - 1:1
Qollar: Amil Yunanov, 49 - Pedro Enrike, 75
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”